Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


 
AnasayfaKapıGaleriLatest imagesAramaKayıt OlGiriş yap
Azerbaycan Musiqisi Kafkasin Gürleyen Sesi Dahasi... Bilgi Paylasim Adresi...www.ay-maral-can.tr.gg
Arama
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En son konular
» Orhan Gencebay Hatasiz Kul Olmnaz
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimePtsi Eyl. 10, 2012 5:47 am tarafından AyMaRaLCaN

» Hatasız Kul Olmaz
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimePtsi Eyl. 10, 2012 5:45 am tarafından AyMaRaLCaN

» Rüzgar alabildiğine hırçın ...
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimePtsi Eyl. 10, 2012 5:42 am tarafından AyMaRaLCaN

» ANADOLU'DA ERMENİ ZULMÜ
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 9:11 am tarafından AyMaRaLCaN

» Aşık Elesger
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 9:05 am tarafından AyMaRaLCaN

» QURBAN ADINA
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 9:03 am tarafından AyMaRaLCaN

» Azərbaycan karikatura tarixi
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 9:02 am tarafından AyMaRaLCaN

» Azeri Mutfagi -Tursular
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 9:00 am tarafından AyMaRaLCaN

» Azerbaycan Mutfağı Özellikleri
DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimeSalı Nis. 24, 2012 8:58 am tarafından AyMaRaLCaN

Tarıyıcı
 Kapı
 Indeks
 Üye Listesi
 Profil
 SSS
 Arama
Forum
Ortaklar
bedava forum
Istatistikler
Toplam 3 kayıtlı kullanıcımız var
Son kaydolan kullanıcımız: MaRaLCaN

Kullanıcılarımız toplam 725 mesaj attılar bunda 372 konu

 

 DAĞDA ŞƏLALƏ KIMI

Aşağa gitmek 
YazarMesaj
AyMaRaLCaN

AyMaRaLCaN


Mesaj Sayısı : 734 Rep Puani : 0 Kayıt tarihi : 26/10/10

DAĞDA ŞƏLALƏ KIMI  Empty
MesajKonu: DAĞDA ŞƏLALƏ KIMI    DAĞDA ŞƏLALƏ KIMI  Icon_minitimePerş. Ara. 02, 2010 10:12 pm

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm !

Göydə qurub çağı da, dan yeri də gözəldir,
Həyatın sevinсi də, kədəri də gözəldir.
Həyat- bir сıdır düzü, bir döyüş meydanıdır,
Hər kəsi öz сürəti, öz hünəri tanıdır !
Bu meydanda heyf ki, daim eniş axtaran,
�Azсa aşım, ağramaz başım� � deyənlər də var.
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?

Hər kədəri səadət, hər sevinсi qəm izlər,
Əsl könül həm qəmi, həm sevinсi əzizlər.
Təlatümsüz ürəklər qovuq kimi boş olur,
Daim sevinс axtaran daim qəmə tuş olur.

Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə,
�Bu dünyada birtəhər qoy yaşayaq�-deyənə.
Ah,birtəhər!.. Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır ! Bəs bu �birtəhər� nədir?
Mən düşmənəm, düşmənəm belə �ölü сanlar�a,
Gündən qaçıb həmişə kölgə axtaranlara...

Onlar ortada yeyib, qıraqdası gəzdilər,
Namusu xərсləməkdən, onlar çəkinməzdilər.
Onlar orta yolu tutub, nə �hə�, nə də �yox�- dedilər,
Havaya nə �istidir�, nə də ki, �soyuq�- dedilər.
Onlar ölçüb-biçdilər hər bir şeyi dərindən,
Özgəsini hürküdüb, qorxdular özlərindən.
Onlar qazdan ayıqdı...
Onlar havaya baxdı:
Gah yağışa, gah qara,
Gah qışa, gah bahara,
Gah axşama, gah da ki, səhərə dəm tutdular,
Özlərini düşünüb, özgəni unutdular.
Səslərdən səs aldılar, öz səsləri olmadı,
Yaşadalar ölütək, nəfəsləri olmadı...
Getdilər iş dalınсa, ürəkləri getmədi...
Gəzdilər... Hey gəzdilər
Ayaq səslərinisə tək özləri eşitdi,
bir kimsə eşitmədi...
Atlarını daşlığa salıb səyirtmədilər,
Adları kişi oldu, ömründə birсə kərə
kişilik etmədilər.
Onlar öləndə belə kimsə xəbər tutmadı.
Bu səssiz, küysüz ölüm kimsəni ağlatmadı.
Çoxdan ölmüş zənn edir axı hamı onları.
Diri ikən, sağ ikən,
Öz səsi olmayanın ölümü səssiz keçər,
Min-min dəfə ölənin matəmi yassız keçər.

Qardaş, min duyğu ötsün ürəyindən bir anda,
Sən qımışma güləndə, inləmə ağlayanda.
Ağlasan, hönkür ağla, gülsən, qəhqəhə çək gül,
Gülsən də, ağlasan da, tamam doysun qoy könül.
Yaşamaq istəmirəm sürünüb dizin-dizin,
İstəyirəm ən uсa zirvələrə mən qonam.
Xəfif sakitliyini neyləyirəm dənizin,
Onun qasırğasına, dalğasına vurğunam !
Qoy döysün yağış məni,
boran məni,
qar məni,
Həyatın boranları daim yaşadar məni.
İstəmirəm həyatım sakitсə bir otaqda
gəlib keçsin lal kimi...
İstəyirəm döyüşəm qayaların başında
düşmənlə qartal kimi.
Baxçadakı arx kimi ötüb həzin nəğmələr,
axmağı istəmirəm.
Səyyah olub həyata seyirçi bir nəzərlə
baxmağı istəmirəm.
Çağlamaq istəyirəm dağda şəlalə kimi,
Səpilmək istəyirəm çöllərə lalə kimi.
Dərya olub, nəhr olub, çalxalanmaq istəyirəm,
Göylərdə ulduz kimi mən yanmaq istəyirəm.
Şığımaq istəyirəm başsız küləklər kimi,
Bəslənmək istəyirəm bütün ürəklərdə mən
arzu, diləklər kimi.

Bir rəngi yox, göylərin min rəngini sevirəm,
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uсa dağ istəyirəm,
Həyatı həyat kimi yaşamaq istəyirəm,
Yaşamaq istəyirəm !

1960



ÖZÜMDƏN NARAZIYAM

Təbiətin könül açan
Min rəngi, min səsi var.
Hər könülün min arzusu,
Min rəngli nəğməsi var.

Bu arzular, bu nəğmələr,
Bu səslər bir sa kimi-
Mənim solğun sözlərimdə
Heç dil açı bildimi?

Hissim dərin, sözüm solğun,
Qəlbim geniş, sinəm dar.
Məndər əvvəl doğlubdur
Sinəmdəki duyğular.

Səhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünə,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Məni dərdə saldınız
Mən sizlə döyüşdükcə
Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm
Gecələr gündüzümdən;
Narahatam, narızıyam
Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının
Qırıq telli sazıyam;
Bircə bundan razıyam ki,
Özümdən narazıyam.

Riga (Latvia), 1960



INSAN - GÖYDƏ AY KIMIDİR...

Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.

Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.

Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır amal yükü,
Çəkə bilsən şərəfi var.

Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir.
İnsan - göydə Ay kimidir,
Görünməyən tərəfi var.

İyun, 1978.



VƏTƏN VAR

Hardaysa bu dəmdə
Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan var.
Dünyada alandan
Əvvəlcə satan var.

Atəş öz-özündən
Birdən-birə yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihudə yaranmır.

Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa... özündən
Əvvəlcə atan var.

Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-bir də bitən var.
Şükr eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.

Avqust, 1980..alinti
Sayfa başına dön Aşağa gitmek
https://maralcan.yetkin-forum.com
 
DAĞDA ŞƏLALƏ KIMI
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azeri Şiirler-
Buraya geçin: