Yenə işıq sönülü ,uzanmışam yataqda ,
Şirin xəyallarımla tək qalmışam otaqda .
O şirin xəyallar da qurulubdur sən haqda
Nə olar nazlı gülüm yalvarıram qayıt gəl .
Hara nəzər salıram axtarır gözüm səni .
Nə səni unuduram , nə də olub keçəni
Hər gün vadar edirsən bunu deməyə məni ,
Nə olar nazlı gülüm yalvarıram qayıt gəl .
Bilirəm ki nə gələn nə də geri dönənsən ,
Nə goz yasima baxan nə də nefesimizi bölənsən,
Bunları bilə-bilə yenə də deyirəm sən ,
Nə olar nazlı gülüm yalvarıram qayıt gəl .
Sən tərk edib gedəndən ruhum ölüb canımda ,
Əl ayağım üşüyür , sanki donub qanım da ,
Musiqi dinləyirəm deyir Könül xanım da :
“ Nə olar nazlı gülüm yalvarıram qayıt gəl “
Sən görməyəndən bəri , olmusam bir heç ,
Sənsən mənim hakimim ,ya həyat , ya qəbir seç ,
Gəl sonuncu dəfə də , mənim günahımdan keç .
Nə olar nazlı gülüm yalvarıram qayıt gəl .
alinti